Web Hosting Linux - OUR Host

VEB HOST

ƏN SÜRƏTLİ VƏ RAHAT HOST ƏLDƏ ET

  • Yüksək sürət
  • 99.9% aptaym zəmanəti
  • Plastik kart və ya şəhər terminalları vasitəsilə ödəmə

Linux hostinq

ƏN YAXŞI TƏKLİFLƏR ƏN YAXŞI QİYMƏTLƏRLƏ!

Keyfiyyətli və sərfəli hostinq

Hostinq xidmətlərinə dair

Özündə istifadəsi sadə və rahat olan sayt konstruktoru, sürətli kanal, tam alət dəsti və 24/7 azərbaycandilli texniki xidmət ilə təmin edilən hostinq.

OUR Host ilə Sizin saytınızın hostinqi limitsiz disk sahələrinə, pulsuz domen və limitsiz elektron poçt hesablarına malik olacaq. Gündəlik ehtiyat nüsxəsi, müxtəlif mövzulu saytlar üçün çoxlu sayda şablon, yüzlərlə skript, antivirus, DDoS hücumlarından ödənişsiz baza mühafizəsi kimi xidmətlər bütün tariflər üçün aktivdir.
Elə indi qoşulun!





Avadanlıq


Bütün serverlər OUR.Host-a məxsusdur və öz tərəfimizdən idarə olunur. Biz ən müasir avadanlıqlardan istifadə edirik.



Ehtiyat nüsxəsi


Məlumatlarınızın güvəni üçün biz gündəlik ehtiyat nüsxəsi çıxarırıq. Bunun üçün əlavə yaddaş platforması qurulub.



RAID mühafizə


Bütün serverlər RAID 10 aparat massivləri ilə təmin edilib. Məhz bu qurğular ehtiyat nüsxələrinin çıxarılmasını həyata keçirir.



Skriptlər


Softaculous sayəsində bir çox skriptlər sizin cPanel idarəetmə panelində yüklənmə üçün hazır vəziyyətdədir. 300-dən çox skript bir klikdə!



99.9% aptaym zəmanəti


Hər bir saytın ən əsas üsntülüyü onun sürətidir. Ona görə də biz 99.9% aptaym zəmanəti üçün serverləri maksimum optimizasiya etmişik.



CloudLinux ƏS


CloudLinux əməliyyat sistemi vasitəsilə biz hər cPanel üçün ayrıca, virtual qəfəslər qurmuşuq. Bu təhlükəsizlik, etibarlılıq və yüksək sürət üçündür.



Daha böyük güc istəyirsiniz?

Üç dəfə daha yüksək güc, tam müstəqillik, ayrılmış klasterlər - bunların hamısı VPS/VDS paketlərində. Əgər daha güclü və individual hostinq tələb olunursa VPS hostinqdən yararlanın!

VPS paketləri


MÜŞTƏRİLƏR BİZİM XİDMƏTLƏRİ YÜKSƏK QİYMƏTLƏNDİRİR









cPanel idarəetmə paneli

cPanel — veb-hostinqin idarə edilməsi üçün güclü paneldir. Ayrıca veb-server kopyası vasitəsilə çalışır. cPanel-in tərkibinə Apache, MySQL, PHP, exim və bu kimi digər böyük sayda azad proqram təminatı daxildir. cPanel istifadəçiyə maksimum geniş imkanlar yaradır.

Panel vasitəsilə Siz poçtdan tutmuş məlumat bazalarına qədər nəzarət edə və statistikanı incələyə bilərsiniz.




support-help

SSD sahələr

Sərtgövdəli yığıcılar adi diskdən 100x dəfə daha sürətlidir. SSD əsasında olan anbarımız 100x dəfə çox IOPS göstəriciyə malikdir və SATA standart disklərindən fərqli olaraq kiçik ləngiməni təmin edir.

support-help

SuperCasher

Bütün bizim hostinq paketlərinə çoxsəmərəli SuperCacher qoşulub. Bu vebsaytlarda olan statik məzmunu keşləyir və Sizin ziyarətçiləriniz üçün yüksək sürəti təmin edir. Bu serverin iş qabiliyyətinin artırır.

support-help

Texniki xidmət

Çoxillik təcrübəmiz bizim mürəkkəb problemləri cəld aşkar edib, həll yolunu göstərməyə imkan verir. Bir çox problemlər anında, dərin texniki müdaxilə olmadan həll edilir. Biz 24x7 ödənişsiz texniki xidmət göstəririk.

support-help

Təhlükəsizlik

Serverlərin təhlükəsizliyi bizim üçün ən prioritet məsələdir. Biz xəttin təhlükəsiz qalması, qaynaqların rahat fəaliyyətinin məsuliyyətini dərk edərək virus aktivliyinin qarşısını alan bütün vasitələrdən istifadə edirik.

support-help

MariaDB

MariaDB - MySQL-in təkmilləşdirilmiş əvəzidir. Bu SQL serverin ümumi məhsuldarlıq və etibarlığını yüksəldir. MariaDB dinamik vebsaytların iş qabiliyyətini dəfələrlə artırır.

support-help

Keyfiyyətli avadanlıq

Biz avadanlıq seçiminə və onun saz işləməsinə ciddi fikir veririk. VPS-lər üçün yalnız ən yaxşı komponentlərdən istifadə edirik ki, bu da stabil və dayanıqlı iş fəaliyyətinə zəmanət verir.




FAQ

Hostinq hesabı ödəniş daxil olduqdan dərhal sonra aktivləşdirilir. Burada proses tam avtomatlaşdırılıb.
Bizim serverlər PHP və MySQL-i (Python və Perl həmçinin) dəstəkləyir, buna görə də Siz LAMP əsasında çalışan populyar veb-aplikasiyalardan yararlana bilərsiniz.
Cavab müsbətdir. Siz istənilən an bilavasitə öz müştəri paneliniz vasitəsilə mövcud tarifi yüksəldə və ya endirə bilərsiniz.
Sayt yaratmaq üçün Siz bir çox vasitələrdən istifadə edə bilərsiniz: proqramlaşdırmadan tutmuş, sayt konstruktorlarına qədər. Əgər Siz çoxfunksional sayt arzusundasınızsa, bizim hostinq xidmətləri çərçivəsində təqdim edilən ödənişsiz veb proqramlardan yararlana bilərsiniz. Bura əsasən ən populyar sayt idarəetmə sistemləri (CMS) - WordPress® və Joomla!® aiddir.
Bütün veb-hostinq paketlərimizdə tamamilə pulsuz və gündəlik ehtiyat nüsxəsi əməliyyatı həyata keçirilir. Ehtiyat nüsxəsini rahatlıqda hostinqin idarəetmə panelinə daxil olub endirə bilərsiniz. Bunun üçün ayrıca müraciət etməyə ehtiyac yoxdur. Nüsxələmə həm inkremental həm də ümumi aparılır.

HANSI PAKETİ SEÇMƏYİNİZDƏ ƏMİN DEYİLSİNİZ?

Bunu problem etməyin. Özünüzə uyğun hostnq tələblərini bizə yollayın. Ən qısa zaman ərzində istəyinizə uyğun hostinq parametlərini təklif edəcəyik.


Müraciət edin