Ödəniş qaydaları

Təklif etdiyimiz xidmətlərin ödənişi bir neçə variantda - Vahid kassa (nağd/nağdsız/elektron), Xarici kartlarla ödəniş Bank köçürməsi vasitəsilə reallaşdırılır. Əvvəlcə saytda qeydiyyatdan keçərək istədiyiniz xidməti hesabınıza əlavə edin, bu zaman müvafiq məbləğə uyğun olan ödəmə tapşırığı yaradılacaqdır (hesab faktura #123456).

Vahid kassa (nağd/nağdsız/elektron) - bu xidmət həm nağd, həm nağdsız həm də elektron pul qabı vasitəsilə ödənişi özündə birləşdirir.

  • Nağd - Azərbaycanın ödəmə terminalı - eManat elektron köşkləri vasitəsilə hostinqiniz üçün yaradılmış fakturanı ödəyə bilərsiniz. Bu seçimdən həm yeni (ilk dəfə sifariş edən), həm də mövcud müştərilər yararlana bilər.
  • Nağdsız - Visa və MasterCard plastik kartları vasitəsilə ödəmə etmək üçün nəzərdə tutulub.
  • Elektron - WalletOne xidmətində cüzdana sahib olanlar öz fakturalarını elektron pul qabları vasitəsilə ödəyə bilər.


Xarici kartlarla ödəniş - bu ödəmə sistemi vasitəsilə Siz seçdiyiniz xidməti qeyri-rezident bankların buraxdığı kartlarla 82 valyutada sərbəst ödəniş edə bilərsiniz. Bu seçim yalnız xarici vətəndaşlar və ya xaricdə müvəqqəti, eləcə də daimi yaşayan Azərbaycan vətəndaşları üçündür.

Bank köçürməsi - bu ödəmə qaydasını seçdikdə, şirkətin rekvezitləri göstərilir və ödəmə verilmiş rekvezit ünvanına köçürməsi xahiş edilir. Köçürmə başa çatdıqdan sonra (adətən 2-5 iş günü müddətinə) xidmət aktivləşdirilir. Əsasən şirkətlər üçün yararlıdır.

Bank köçürməsindən başqa digər ödəmə aqreqatları üzərindən aparılan ödənişlər qəbul edildikdən sonra xidmət dərhal (ani) aktivləşdirilir.

  • Email, SSL
  • 18 istifadəçi bunu faydalı hesab edir
Bu cavab sizə kömək etdi?

Also Read

Xidmətlərin aktivləşmə müddəti

Vahid kassa (nağd/nağdsız/elektron) və xarici kartlarla ödəniş vasitəsilə ödənilən istənilən...