Haqqımızda - OUR Host


Haqqımızda

Biz sizə onlayn olmağa kömək edirik.

Fərdi bloqqerlərdən startaplara və biznes müəssisələrə qədər - bizim host ən sadə tələbdən, ən yüksəyə qədər bütün ehtiyacları ödəmək üçün yaradılıb.


QISA İNFORMASİYA

OUR.Host - Azərbaycan Host Provayderi OUR Technology şirkətinin host və bu kimi server həllərini təqdim edən brendi olaraq 2015-ci ilin oktyabr ayında fəaliyyətə başlayıb. Bizim məqsədimiz Azərbaycanda veb-host, VPS/VDS, ayrılmış server kimi xidmətlərin ucuz və keyfiyyətli təminatının həyata keçirilməsidir. OUR.Host brendinin yaradılması ilə baza server həllərinə maksimal diqqət yetirməyə nail olduq.

2015-cu ildən bəri missiyamız Azərbaycan host bazarını sadə, hərtərəfli, asan anlaşılan host xidmətləri ilə təmin edə biləcəyimiz ən yaxşı müştəri dəstəyinə malik provayder olmaqdır.

Bu gün blogerlərdən tutmuş, individual tələbə malik şirkətlərə qədər öz vebsayt və xidmətlərini bizə həvalə edən yüzlərlə müştəri var.

Bütün məlumatlar - veb-sayt, bloq, forum, oyun platforması, elektron ticarət biznesi, İnternetdə olan korporativ İT-infrastruktur - demək olar ki, hər sahəyə aid qaynaq etibarlı və güvənli məlumat emalı mərkəzlərində, serverlər adlanan nəhəng kopyuterlərdə yerləşir. Bizim kimi şirkətlər bu cür mürəkkəb İKT infrastukturunu özündə yerləşdirir və onlara xidməti təşkil edir. Bununla da xüsusi texniki biliyə malik olmayan insanlar öz vebsayt və biznesinin qlobal İnternet şəbəkəsində necə işləməsindən narahat olmurlar. Bizim vəzifəmiz bu işin mümkün qədər asan, rahat, anlaşılan və etibarlı həyata keçirilməsidir.

Biz qarşımızda konkret məqsəd qoymuşuq – yalnız bir iş görmək və bu işi keyfiyyətli etmək.

  • Avadanlıqlarımız Azərbaycan, Niderlandın və Birləşmiş Krallığın aparıcı data-mərkəzlərində yerləşdirilib.
  • Host xidmətlərinin təşkili zamanı RAID qurğuları ilə güclü server platformalarından istifadə edirik.
  • Biz xidmətlərin iş fəaliyyətinə mənfi təsir göstərəcək yüklənmə dərəcələrinə daima nəzarət edirik.
  • 99.9% aptaym (uptime) mərhələsinə zəmanət veririk.

Biz Sizin sayt, layihə və xidmətlərinizin İnternetdə yerləşdirilməsi üçün host qaynaqlarını təklif edirik. Ən əsas aspektlərdən biri peşəkarlıqdır. Hər bir sorğu, hər bir müraciət xüsusi diqqətlə analiz edilir və həlli üçün texniki heyət cəlb olunur. Biz texniki və bu kimi xidmətə zəmanət veririk.

Xidmətlərimizdən müxtəlif müştərilər yararlanır: veb-proqramçı və dizayn studiyaları, yeni başlayan internet-sahibkarlar, oyun serverləri və iri şirkətlərin sahibləri. Serverlərdə yerləşdirilməsini təmin edə bilmədiyimiz internet-layihəsi yoxdur. Onlarla insan OUR.Host-un xidmətlərini seçib.

Biz inanırıq ki, müştərilərimiz sırasına Siz də üzv olacaqsınız!

244

Domen qeydiyyatı

731

Məmnun müştəri

987

Layihə

3

Data mərkəz

  • Azərbaycan, ABŞ, Litva və Niderland
  • Ən geniş geolokasiya
  • Root hüquqlar
  • Serverin tam idarəedilməsi
  • ISP Manager Lite 5
  • Hər funksiya əl altında
  • CentOS, Ubuntu, Fedora
  • Ən uyğun əməliyyat sistemləri


Nəyə görə host provayder olaraq bizi seçməlisiniz?

Sizə məxsus veb-qaynaqlar ölkənin ən etibarlı host provayderində yerləşəcək. Hər gün onlarla istifadəçi öz xidmətlərini bizə həvalə edirlər







Powerful
Ən çox tövsiyə olunan

Biz özümüzü Azərbaycan Host Provayderi olaraq ölkənin ən aparıcı və ilk özəl host provayderi olaraq mövqeləndiririk və bu adı qorumaqdayıq

Guides
Geniş imkanlar

Tələb nə olursa olsun; ehtiyaclarınıza, büdcənizə və tələblərinizə uyğun geniş bir çeşiddə xidmətlərimiz mövuddur

API
Aparıcı partnyorluq

İstifadə etdiyimiz proqram təminatı ən aparıcı texnoloji şirkətlərlə partnyorluq çərçivəsində bizim server iş stansiyalarımıza tətbiq edilir

Addons
2007-ci ildən çalışırıq

Biz 13 ildən artıqdır ki, İKT sahəsində çalışırıq və 2015-ci ildən etibarən müştərilərimizin daima onlayn qalmaqda yardımçı oluruq

Support
İstifadəsi rahat və asan

Məqsədimiz rahatlıq və əlçatanlıqdır - xidmətlərimizi çox rahat və tam avtonom, operatorun yardımına ehtiyac olmadan özünüz idarə edə bilərsiniz

Uptime
Yüksək iş qabiliyyəti

Yüklənmənin optimallaşdırılması və balanslaşdırılması sahəsində böyük işlər görmüşük. Biz xüsusi monitorinq proqramları, BPG şəbəkəsi və hamı üçün açıq olan aptaym nəzarət səhifəsinə malikik

Addons
Maliyyə Stabilliyi Şurası

Biz GPLEI qeydiyyatına malikik və kontragentlər üçün bütün lazımı informasiyanı beynəlxalq səviyyədə və açıq şəkildə nümayiş edirik

Support
Müştəri xidmətləri

Bizim texniki xidmət mütəxəssislərimiz 24x7 Sizin suallarınızı cavablandıracaq

Uptime
Açıq maliyyə

Xidmətlərimizi əldə edərkən heç bir gizli ödəmə edilmir və biz istehlakçıların hüquqlarına hörmətlə yanaşaraq 14 gün ərzində geri ödəməni həyata keçiririk

MÜŞTƏRİLƏR BİZİM XİDMƏTLƏRİ YÜKSƏK QİYMƏTLƏNDİRİR






Bizim missiyamız

Biz öz müştərilərimizi uğura aparan yolda müşayiət etmək üçün çalışırıq. Bizim missiyamız ilk gündən etibarən yüksək keyfiyyətli, etibarlı və təhlükəsiz xidmət göstərməkdir



Powerful

Müştəri məmnuniyyəti

Biz öz müştərilərimizlə uzun müddətli əlaqələrdə maraqlıyıq. Buna görə də müştərinin layihəsi üçün individual xidmət göstərərək onlardan hər birinə xüsusi yanaşdığımızı nümayiş etdirməyə çalışırıq.



Guides

İnnovasiyalar

Biz inanırıq ki, məşğul olduğumuz sahə tərəqqiyə xidmət edir. Buna görə də daima artan təcrübəmizə arxalanaraq biz hər dəfə yeni nəsil texnologiyaları tətbiq edirik.



API

Yerli və güvənli

Biz rəsmi fəaliyyət göstərən və aidiyyatı sənədlərə malik Azərbaycan host provayderik. Ofis Bakıda yerləşir və xidmətlərin ödənişi zamanı müştəriyə heç bir ƏDV hesablanmır.


     Ofis



    OUR Technology, MMC.

    C.Cabbarlı 40
    Caspian Business Center
    AZ1011. Bakı, Azərbaycan.

     Zəng edin



    Bakı: +994 12 599-0858

  • B.e-C: 09:00-19:00 (AZT)
  • Şənbə: 09:00-18:00 (AZT)