Çərşənbə axşamı, Noyabr 8, 2016

SSL sertifikatlar

SSL sertifikat


Saytı daha mühafizəli etmək istəyirsiniz? OUR Host ilə artıq bu çox asan və rahatdır. Biz SSL sertifikatlarının satışını təşkil etməyə başlamışıq!

OUR Host ABŞ-ın Comodo Internet Security kimi tanınan Comodo Group - proqram təminatı və SSL sertifikatlarının aparıcı təchizatçısı ilə əməkdaşlığı haqda elan edir.

SSL sertifikat nədir?

SSL (secure sockets layer — mühafizə edilmiş soketlərin mərhələsi) — daha təhlükəsiz bağlantını təmin edən kriptoqrafik protokoldur.

Bu gün veb-mühitdə təhlükəsizlik məsələsi ən vacib amildir. Elektron kommersiyanın inkişaf etməsinə baxmayaraq, hələ də öz fərdi məlumatları internet saytda göstərilməsi tələbindən çəkinən bir çox sayda potensial müştəri var. Bu gün uğurlu internet-biznesi idarə edərək Siz öz müştərinizi əmin etməlisiniz ki, onun tərəfindən daxil edilən bütün məlumatlar məxfi qalacaq. Bu cür təminat elektron kommersiyada mütləq amildir.

SSL sertifikat — sizin saytınızın rəqəmsal vəsiqəsidir. Saytınızda SSL bağlantının olması sayt və brauzer arasında gedən məlumat mübadiləsinin mühafizə edilmiş kanal üzərindən olmasının sübutudur. SSL-sertifikatla qorunan sayt imkan verir ki, müştəri və sayt arasında gedən məlumatlar şifrələnsin. Bundan əlavə məlumat həmçinin rəqəmsal imza ilə də mühafizə edilir. Bu onun konfidensiallığını və təhlükəsiz bağlantısına zəmanət edir. Bu xidmət internet mağazalar üçün ideal seçimdir.

Hazırda saytda dörd növ SSL sertifikat təklif edilir:

Comodo SSL
Comodo EV
Positive SSL
Positve Wildcard

Növbəti günlərdə mövcud sertifikatların sayını artırmağı düşünürük. Sertifikatlardan hər-hansı birini sifariş etmək üçün SSL seçim bölməsinə daxil olub, özünüzə uyğun sertifikatı sifariş edə bilərsiniz.





<< Geri