Sunday, December 23, 2018

Yeni İliniz mübarək!


Əziz müştərilər!

Dünya azərbaycanlılarının həmrəylik günü və Yeni İl bayramınız mübarək! Qarşıdan bayramlar gəlir və ilin sonuna yekun vurulur. Bu il yeni partnyorlar qazandıq və yeni xidmət xətti yaradaraq maraqlı layihələr həyata keçirdik. Biz aktual və innovativ həllər yaradaraq çalışırıq ki, o hamı üçün hətta texniki mütəxəssis olmayan müştərilər üçün də əlçatan və yararlı olsun. Bizə öz xidmətlərini yüzlərlə insan həvalə edir. Hər ilin sonu biz müştərilərə ümumi məlumat verir və əlbəttə ki, endirim kuponu hədiyə edirik. Bu və digər xəbərlər aşağıda Sizin diqqətinizə çatdırılacaq. Ümid edirik ki, 2019-cu ildə də Siz bizimlə birgə xidmətlərinizi böyüdəcək və yeni üfiqlər fəth edəcəksiniz!  

Bölmələrin bayram günlərində iş qrafiki

Maliyyə şöbəsinə göndərilən faktura və sair bu kimi suallar yalnız bayramdan sonra cavablandırılacaq. Əgər məsələ gözləyə bilmirsə, zəhmət olmasa əlaqə bölməsi vasitəsilə bizə sorğu göndərin. Biz əminik ki, yaranmış problemin həlli istiqamətində yol tapılacaqdır. Müştərilərlə iş üzrə şöbə və dəstək xidmətinin iş qrafiki bayram günlərində dəyişilməz qalacaqdır: texniki məsələlər 24 saat həll olunmaqda davam ediləcək.

Ödənişi unutmayın!

Veb və VPS/VDS hostlar şəxsi hesabda pul olmadığından dayandırılır, müvafiq olaraq 7-10 gün ərzində ödənilmədikdə isə silinir. Belə olduğu halda məlumatların bərpası mümkün deyil. Yanvar ayının 1-dən 3-nə kimi bank hesablar üzrə heç bir ödənişi emal etmir. Ödəniş tapşırığını yerinə yetirmək mümkün olmayacaq - maliyyə şöbəsi hamı kimi bayram günlərində çalışmır. Statistikaya görə hər ilin əvvəli təkcə MDB-də ortalama 500-dən çox veb və VPS host vaxtında ödənilmədiyi üçün avtomatik olaraq silinir.

Əmin olun ki, bayram günləri zamanı heç bir ödənilməmiş fakturanız qalmasın. Ödənişi əvvəlcədən edin. Müştəri panelinizdə ödənilməli fakturanın adı, qiyməti və ödənilməyənədək aktiv olacağı müddət qeyd edilib:

Ödənilməli faktura


Nəzərinizə çatdırmaq istəyirik ki, müştəri panelində hər bir funksional avtomatlaşdırılsa da, banklar bayram günlərində çalışmır və biz bank köçürməsi yolu ilə həyata keçirilən əməliyyatları yalnız 2019-cu il, yanvar ayının 3-dən sonra qəbul edə biləcəyik. 

Ancaq Siz plastik kartla ödənişi məhdudiyyətsiz formada istifadə edə bilərsiniz. Host sifarişi və mövcud xidmətin uzadılması avtomatik şəkildə qəbul edilərək aktivləşəcək.

Ödəniş tapşırığı

Endirim kuponu!

Bayramlarla əlaqədar yeni ilin ilk 10 günü üçün bütün veb-host üzrə yeni sifarişlərə 25% endirim təqdim edirik. Kampaniyada iştirak etmək üçün bu tarixdən etibarən yanvar ayının 10-na kimi aşağıda göstərilən təlimat üzrə veb-host sifariş edin:

  • Saytda təqdim edilən veb-hostinq tariflərindən birini seçin və «Sifariş» düyməsini sıxın.
  • Sifariş pəncərəsinin aşağı hissəsində kupon xanasına göstərilən endirim promokodunu daxil edin.

Hazırdır! Sürətli və güvənli hostinqdən yararlana bilərsiniz.

Kampaniya 2019-cu il yanvar ayının 10-na kimi qüvvədə olacaq. Bu tarixə qədər sifariş edilən veb-host paketlərinin kupon xanasına yeni2019 yazın və 25% endirim qazanın.

Sizə bayram günlərində yaxşı istirahət etmək və 2019-cu ildə yeni nailiyyətlər əldə etməyi arzu edirik!






« Back