Şənbə, İyun 23, 2018

SSL sertifikat

Yenilənmiş SSL sertifikatlar səhifəsini Sizə təqdim edirik! Yeni səhifə tamamilə sıfırdan, tam avtomatika ilə birlikdə yenidən işlənilmişdir.

Yenilənmiş SSL sertifikatlar bölməsi vasitəsilə Siz öz layihəniz üçün bizim yeni rəsmi tərəfdaşlarımız olan SymantecGeoTrust-a məxsus istənilən kateqoriyaya uyğun SSL əldə bilərsiniz. Yeni səhifədə hər sertifikat haqda olduqca ətraflı və dəqiq məlumat verilib. Bu bölmədə müştərilər DV, OV və EV tiplərinin fərqi və üstünlüklərini öyrənə, layihə üçün etibarlı SSL əldə edə bilər.

Yeni SSL sertifikat səhifəsi ilə birlikdə biz həmçinin müştərinin saytına SSL-in quraşdırılma prosesini tam avtomatlaşdırdıq. Artıq təkcə təlimatla SSL-in quraşdırılmasına ehtiyac yoxdur. Sadəcə olaraq uyğun sertifikatı seçin və ödəniş etdikdən sonra bir neçə klikə SSL sertifikat Sizin saytınıza avtomatik quraşdırılacaq.

SSL sertifikat nədir və onun üstünlüyü nədədir?

SSL sizin saytınızın rəqəmsal vəsiqəsidir. Saytınızda SSL bağlantının olması sayt və brauzer arasında gedən məlumat mübadiləsinin mühafizə edilmiş kanal üzərindən olmasının sübutudur. SSL-sertifikatla qorunan sayt imkan verir ki, müştəri və sayt arasında gedən məlumatlar şifrələnsin. Bundan əlavə məlumat həmçinin rəqəmsal imza ilə də mühafizə edilir. Bu onun konfidensiallığı və təhlükəsiz bağlantısına zəmanət edir.

  • Brauzerlə server arasında təhlükəsiz bağlantı təmin edir
  • Müştəri tərəfindən ötürülən məlumatın qorunması üçün şifrələmə aparır
  • Brauzerdə sayt ünvanının yanında kilid işarəsini yerləşdirir
  • Axtarış sistemlərində saytın mövqeyini yüksəldir

Bu və digər üstünlüklər haqda ətraflı məlumat almaq üçün aşağıdakı düyməni sıxın.

 





<< Geri