Çərşənbə, Noyabr 29, 2017

DDOS

Saytın mühafizəsi üçün 10 sadə qayda


Kibercinayətkarlıq sahibkar və sadə istifadəçilər üçün çoxdan nadir hal deyil. Yaranmış yanlış fikrin əksinə olaraq təkcə Sony kimi nəhəngləri saytları deyil, həmçinin kiçik internet-mağaza və bloqlarlar da bu cinayətkarların qurbanlarına çevrilir. Hazırda qaynaqların təhlükəsizliyinin qorunması üçün universal alət mövcud deyil ancaq sadə qayda və məsləhətlərə riayət edərək sayta hücumları minimuma endirə bilərsiniz.

Saytın təhlükəsizliyi - bu asandır!

Öz saytınızı mühafizə etməniz üçün kibercinayətkarlıq üzrə dünya səviyyəli mütəxəssis olmağınıza ehtiyac yoxdur. Bunun üçün sadəcə bəzi qaydalara riayət etmək lazımdır:

  1. Biz tərəfdən təchiz edilən və mütəmadi yenilənən ClamAV® virus skaneri ilə saytı yoxlamaq.
  2. SSL-sertifikat əldə etmək. Sertifikatın mövcudluğu Sizin müştərilərinizin məlumatlarını, eləcə də bank kartları və şəxsi vərəqələrini qoruyacaq.
  3. İstifadə etdiyiniz CMS-ləri mütəmadi yeniləmək və plaginləri yalnız etibarlı mənbələrdən yükləmək. 
  4. Biz tərəfdən təchiz edilmiş DNS menecerdən istifadə etmək.
  5. Saytınızı «Yandex.Vebmaster» sisteminə qoşmaq. Bu sistem virusların monitorinqini aparacaq və əgər aşkar edilərsə dərhal Sizə bildiriş göndərəcək.
  6. Müştəri panelinə və ya FTP-serverə daxil olmaq üçün hər zaman mürəkkəb və müxtəlif şifrələrdən istifadə etmək.
  7. Fərdi kompyuterinizin təhlükəsizliyinin qayğısına qalmaq. Antivirusun olmamağı, eləcə də pirat və ya köhnəlmiş PT-lərin istifadəsi kompyuterinizə izinsiz giriş üçün bəhanə ola bilər. Bu hal şəxsi məlumatların, şifrə və informasiyanın itirilməsinə gətirib çıxara bilər.
  8. Poçt və mesencerdə şübhəli keçidləri açmamaq. Bu konfidensial məlumatın sızmasına gətirib çıxara bilər.
  9. Ən son PHP versiyasından istifadə etmək və xarici əmrlərin yerinə yetirilməsinə icazə verən funksiyaları qapatmaq.
  10. İnzibatçı giriş üçün yolları dəyişdirmək. Bu sizin panelinizə lazımsız girişlərin qarşısını alacaq.
SSL sertifikatlar

Hərəkət etmək zamanıdır!

Unutmayın ki, hakerlər və digər kibercinayətkarlar durmağı heç düşünmürlər belə. Bir çox biznesin ənənəvi formadan onlayn müstəviyə keçməsi onların aktivliyini daha da artıracaq. Öz saytınızın təhlükəsizlini artıq indi düşünün!


     





<< Geri